Главная | Регистрация | Вход | RSSЧетверг, 25.04.2024, 7.44 AM

SITE LOGO

Аяз (Дассен) Мамедов
Категории раздела
Mekteb Xeberleri !!! [5]
Tedbirler !!! [0]
Sagirdlerimiz !!! [1]
Dahiler [7]
Şekiller [0]
Müellimlerle Müsahibe [0]
Şagirlerle Müsahibe [0]
Maraqli ve Esas Xeberler [2]
Мини-чат
Статистика

Cemi onlayn: 1
Qonaq: 1
Istifadeci: 0
Главная » 2009 » Avqust » 1 » Memmed Arazin Heyat Ve yaradiciligi
Memmed Arazin Heyat Ve yaradiciligi
2.22 PM
Heyatı

İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) - 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

1974-cü ildən ömrünün sonuna kimi Azərbaycan təbiəti jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına «Məmməd Araz» mükafatı təsis olunmuşdur (1993-cü ildən).

2004-ci ilin dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub

Publisist İradə Tuncayın atasıdır.
Yazıçı-jurnalist Aqil Abbasın qaynatasıdır.


Eserleri

1.Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
2.Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
3.Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
4.Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
5.Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
6.Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
7.İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
8.Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
9.Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
10.Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
11.Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
12.Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
13.Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
14.Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
15.Dünya düzəlmir. Bakı: «Azərbaycan» nəşriyyatı, 1992, 81 səh.
16.Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
17.Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
18.Yol ayrıcında söhbət. Bakı: «Azərbaycan» nəşriyyatı, 1997, 318 səh.
19.Sənətdə son mənzil olmur. Bakı: «Adiloğlu» nəşriyyatı, 2001, 440 səh.
20.Ağlayan qayalar. Bakı: «Araz» nəşriyyatı, 2002, 144 səh.
21.Vətən deyin. Bakı: «Adiloğlu» nəşriyyatı, 2003, 149 səh.
22.Əsgər andı. Bakı: «Araz» nəşriyyatı, 2003, 98 səh.
23.Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 337 səh.
24.Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: «Ozan nəşriyyatı, 2003, 360 səh.
25.Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 376 səh.
26.Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 365 səh.


Tercümeleri
(ruscadan)

1.S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
2.G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
3.M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
4.N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
5.Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.


Meşhur şeirleri


Azərbaycan
Bəzi şairlərə
Tarixçi alimə
Vətənsiz məhəbbət
O gözlərə baxmaram
Bir qəbir yanında
Məndən ötdü, qardaşıma dəydi
Məni inandırma
Şair nə qazandın?
Salamat qal
Hər arzu hər istək nəğməyə dönüb

 
 
 
...Dünya heç kimin



Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, xalq şairi Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) dekabrın 1-də ömrünün 72-ci ilində vəfat edib.
Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, daha sonra Bakıya köçüb və Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olub. Mərhum şair Azərbaycanda çıxan müxtəlif jurnal və qəzet redaksiyalarında məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. O, 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik edib.
Məmməd Arazın yarım əsr davam edən ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük xidmətlər göstərib. Onun xalqa bağlılıq, milli kolorit, rəvan dil və ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı və bədii məziyyətləri ilə seçilir.
Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl xalq şairi, Azərbaycan ziyalısı idi.
Şairin əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olunub. Məmməd Arazın bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı qazanıb. Azərbaycanda Məmməd Arazın ədəbi fəaliyyəti yüksək qiymətləndirilib. O, "Əməkdar mədəniyyət işçisi", "Xalq şairi" fəxri adlarına, Dövlət mükafatına layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı - "İstiqlal" ordeni ilə təltif olunub. Məmməd Araz dekabrın 2-də dəfn olundu. Onun dəfn mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Prezident İlham Əliyev, Milli Məclisin Sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mərhumun cənazəsi yanında fəxri qarovulda dayanıblar. Daha sonra dövlətimizin başçısı mərhumun ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verib. Matəm çıxışlarından, şairlə vidalaşma mərasimindən sonra cənazə teatrın binasından qaldırılaraq Fəxri Xiyabana götürülüb. Burada mərhumun ruhuna dualar oxunduqdan sonra onun cənazəsi torpağa tapşırılıb.



Категория: Dahiler | Просмотров: 10020 | Добавил: Ayaz | Рейтинг: 3.3/9 |
Всего комментариев: 0
AZERI HACKER ©
Аяз (Дассен) Мамедов; 2024

Admin: Bu Sayt Sistem Terefinden Baglandigi Ucun WwW.Voguen.Ws Saytina Kocurulub...EllaDa Heziyevanin Yeni Sayti Tezlikle Aznetde

Аяз (Дассен) Мамедов; 2024

Аяз (Дассен) Мамедов