Axı Dünya Fırlanır... - 18 Июля 2009 - Saytimiza xoş gelmisiniz
Главная | Регистрация | Вход | RSSЧетверг, 08.12.2016, 12.50 PM

SITE LOGO

Аяз (Дассен) Мамедов
Категории раздела
Mekteb Xeberleri !!! [5]
Tedbirler !!! [0]
Sagirdlerimiz !!! [1]
Dahiler [7]
Şekiller [0]
Müellimlerle Müsahibe [0]
Şagirlerle Müsahibe [0]
Maraqli ve Esas Xeberler [2]
Мини-чат
200
Статистика

Cemi onlayn: 1
Qonaq: 1
Istifadeci: 0
Главная » 2009 » İyul » 18 » Axı Dünya Fırlanır...
Axı Dünya Fırlanır...
3.28 PM
Axı Dünya Fırlanır...

Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.

Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...

Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...

Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,

Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
Категория: Dahiler | Просмотров: 369 | Добавил: Ayaz | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
AZERI HACKER ©
Аяз (Дассен) Мамедов; 2016

Admin: Bu Sayt Sistem Terefinden Baglandigi Ucun WwW.Voguen.Ws Saytina Kocurulub...EllaDa Heziyevanin Yeni Sayti Tezlikle Aznetde

Аяз (Дассен) Мамедов; 2016

Аяз (Дассен) Мамедов