21 fevral - Ana dili günüdür - 18 Февраля 2009 - Saytimiza xoş gelmisiniz
Главная | Регистрация | Вход | RSSЧетверг, 08.12.2016, 12.49 PM

SITE LOGO

Аяз (Дассен) Мамедов
Категории раздела
Mekteb Xeberleri !!! [5]
Tedbirler !!! [0]
Sagirdlerimiz !!! [1]
Dahiler [7]
Şekiller [0]
Müellimlerle Müsahibe [0]
Şagirlerle Müsahibe [0]
Maraqli ve Esas Xeberler [2]
Мини-чат
200
Статистика

Cemi onlayn: 1
Qonaq: 1
Istifadeci: 0
Главная » 2009 » Fevral » 18 » 21 fevral - Ana dili günüdür
21 fevral - Ana dili günüdür
11.02 AM
  
Özündən, sözündən qaçaq dilimiz

İslanıb üşüdü qarda, çisəkdə.

Yüksək məqamlarda yasaq dilimiz

Qovulub yaşadı kənddə, kəsəkdə.

 

Insan olmaq üçün uşaq dil açar

Yasaqlar önündə biz dilsiz olduq.

Dil varsa, xalq da var, şan-şöhrət də var

Dil yoxsa, millət yox, heç varlıq da yox.

 

Soruşduq: - Dilimiz yoxsa, biz kimik?

-          Farsdan dönməsiniz - dedilər bizə.

Baxıb gözümüzün Içinə dimdik,

Onlar qəsd elədi mənliyimizə.

 

Dogma anamızın şəkərdən şirin

Bizə öyrətdiyi dil yasaq oldu.

Hakimlər özü də bilirdi aşkar

Mənim öz dilim var, öz tarixim var.

Bizim böyük-böyük ustadlarımız

"Xəmsə"lər bağladı özgə dilində.

Bu misralar B.Vahabzadənin “Gülüstan” poemasındandır. Müasir Az-n poeziyasının görkəmli nümayəndəsi B.Vahabzadənin “Latın dili” adlı şeirində deyilir:

Hər sözündə dünya boyda yük daşıyır,

Latın dili!

Millət ölüb, dil yaşayır.

“Ana” deyən, “torpaq” deyən, “Vətən” deyən yox bu dildə.

Ancaq yenə yaşar bu dil.

1967-ci ildə qələmə alınmış bu şeir təsadüfən yazılmamışdı. SSRİ tərkibinə daxil olan Az-n Res-sı milli dilini işlədə bilmirdi. Ana laylası tək şirin Az-n dilinin başı üstünü qara buludlar alması vətənpərvər ruhlu şairi narahat etməyə bilməzdi.  Şeirdəki təzada baxın: Dil var ki, millət ölsə də, yaşayır. Şair burada dilini qorumağı bacarmayan az-n xalqının halına acıyır, “dili kasıb komalarda dustaq edilən” millətin xoşbəxt yaşayacağına inanmır.

“Mən azadam, müstəqiləm” sözlərini

Öz dilində deməyə də

İxtiyarın yoxsa əgər,

De kim sənə azad deyər?..

 Azərbaycan dilinə qarşı çox təcavüzlər olmuş, zaman-zaman bir etnos kimi xalqımızı tarix səhnəsindən çıxarmağa çalışmış, ilk növbədə onun dilini məhv etməyə səy göstərmişlər. Fəqət buna nail ola bilməmişlər. Əcdadlarımız Azərbaycan dilini yad təsirlərdən qorumuş, yaşatmış və bizə ərməğan etmişlər. Təkcə bir faktı qeyd etməyi lazım bilirəm. Sovet hakimiyyəti illərində ittifaqın daxilində respublikamızın rəsmi dövlət dili olsa da, hər yerdə rus dili aparıcı dil hesab olunurdu. Bunun günahı bəzən özümüzdə olurdu. Mənim çox yaxşı yadımdadır ki, o zamanlar vəzifə sahibləri rus dilində ana dilindən qat-qat yaxşı danışırdılar. Hətta ailələrdə rus dilində danışmaq aristokratlıq, ziyalılıq hesab olunurdu.  Ayrı xalqin nümayəndələri ilə nigaha girən şəxs öz dilini təbliğ etmək əvəzinə, qarşı tərəfin dilində danışmağı üstün tuturdu. Bir dahi yazıçı yazır: “Xalqın çox böyük sərvəti – onun dilidir.

İlk növbədə nəğmətək şirinliyi, axıcılığı ilə fərqlənən Azərbaycan dilində ozan-aşıqlar “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi eposlar qoşmuş, XIII əsrdə ilk anadilli şeirlər yaranmağa başlamışdır. Bu dövrdə Şeyx Səfi və Suli Fəqih, Qazi Bürhanəddin öz əsərlərini yalnız Azərbaycan dilində yaratmışlar. İzzəddin Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli kimi sənətkarlarımız ərəb və fars dili ilə yanaşı, ana dilində də gözəl sənət nümunələri yaratmışlar. Azərbaycan poeziyasının korifeyi, yüksək humanizm və insan azadlığı ideallarının carşısı Nəsimi öz qüdrətli şair-filosof səsini qaldıraraq insanın, onun dilinin və mədəniyyətinin müdafiəsinə qalxdı. Azərbaycan dilini ədəbi və poetik arenaya çıxardı. Məhz Azərbaycan ədəbi dilinin formalaşması Nəsiminin adı ilə bağlıdır. XVIII-XIX əsrlərdə isə artıq Azərbaycan dilinin nüfuzu daha da genişlənərək M.V.Vidadi, M.P.Vaqif, Q.Zakir, X.Natəvan, A.Ələsgər kimi söz sərraflarının yaradıcılığında daha da möhkəmlənir. Füzuli Azərbaycan ədəbi dilinin sonrakı inkişafında və büllurlaşıb ən yüksək səviyyədə şeir dilinə çevrilməsində müstəsna rol oynamışdır.

Bu da danılmaz faktdır ki, Azərbaycan Res-sı müstəqillik qazandıqdan sonra, xüsusilə, Ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin hakimiyyəti dövründə dilimizə yüksək qiymət verildi, dövlətimizlə bərabər, dilimiz də dünya arenalarında tanınmağa başladı.

Dili bəzən canlı orqanizmə bənzədirlər. Həqiqətən də, dilin daşıyıcısı varsa, deməli, o yaşayır, inkişaf edir. Müasir zamanda dilimizin daha inkişaf etməsi bizim özümüzdən asılıdır. Biz yeni minilliyə qədəm qoymuşuq və müstəqil, demokratik ölkədə yaşayırıq. Biz Azərbaycan dilinin qarşısında yeni inkişaf üfüqləri açmalıyıq. 

Категория: Mekteb Xeberleri !!! | Просмотров: 1392 | Добавил: Ellada | Рейтинг: 4.3/3 |
Всего комментариев: 0
AZERI HACKER ©
Аяз (Дассен) Мамедов; 2016

Admin: Bu Sayt Sistem Terefinden Baglandigi Ucun WwW.Voguen.Ws Saytina Kocurulub...EllaDa Heziyevanin Yeni Sayti Tezlikle Aznetde

Аяз (Дассен) Мамедов; 2016

Аяз (Дассен) Мамедов